Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Çexiya QHT-si də qara siyahıya düşdü –Ədliyyə Nazirliyinin qərarı

Çexiyanın “People in Need” qeyri-hökumət təşkilatı Rusiyada “arzuolunmaz” qurumlar siyahısına düşüb. Ədliyyə Nazirliyi bunu noyabrın 12-də açıqlayıb.

Yenixeber.org: Rusiya Baş prokurorunun müavini noyabrın 7-də belə bir qərar veribmiş.

Nazirlik bu qərarı dəstəkləməsinin səbəblərini açıqlamayıb. Çexiyanın təbii fəlakət qurbanlarına yardım, maarifləndirmə, insan haqları qrupunun “Rusiya Federasiyası vətəndaşlarının fundamental insan haqları və azadlıqları”nə hansı formada pozduğu bəlli deyil.

“ People in Need ” 1992-ci ildə yaradılıb. Rusiya Prezidenti Vladimir Putinin “arzuolunmaz”larla bağlı 2015-ci il qanunu çərçivəsində qara siyahıya salınan 19-cu təşkilata çevrilib.

Bu qanunu insan haqları qurumları tənqid edib, Rusiyada “vətəndaş cəmiyyətini sıxışdıran divantutmanı gücləndirəcəyini” bildirib.

Qanunun Çexiyanın qeyri-kommersiya təşkilatına necə tətbiq ediləcəyi bəlli deyil.

İndiyədək bu siyahıya Rusiyada insan haqları pozuntularını tənqid edən, Vaşinqtonda mənzillənən Atlantik Şurası, diaspora təşkilatı olan Ukrayna Ümumdünya Konqresi, Milli Demokratiya Fondu, ABŞ-ın German Marşal Fondu da salınıb. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam