Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İnsan Haqları üzrə İşçi Qrupuna qara yaxmağa çalışırdılar”

Səməd Seyidov: “İnsan Haqları üzrə İşçi Qrupuna qara yaxmağa çalışırdılar”

 

 

 “Çox çalışırdılar ki, İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyyətini dayandırsınlar, ləkə yaxsınlar”.
 
Xeberinfo.com:  APA-nın məlumatına görə, bunu İşçi Qrupun həmsədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Qrupun bu gün keçirilən dinləməsində bildirib. O qeyd edib ki, İşçi Qrupunun fəaliyyətinin dayandırılması mümkün olmayacaq: “İnsan haqları qlobal problemdir. Biz insan haqları məsələsinə diqqətlə yanaşırıq, bu? bundan sonra da belə olacaq”.
 
Onun sözlərinə görə, Azərbaycana qarşı bəzi qüvvələr insan haqlarından istifadə edərək təzyiq göstərməyə çalışır: “Amma Azərbaycanda aparılan siyasət, qanunun aliliyi onların niyyətlərinin gerçəkləşməsinə imkan vermir. Ölkəmizdə insan haqlarının qorunması ilə bağlı mühüm addımlar atılır. Biz kiməsə xoş gəlmək üçün demokratik dəyərlərə qiymət vermirik. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də insan haqlarının qorunmasıdır. İnsan haqları kimi ali dəyərdən istifadə edərək dövlətlərə təzyiq edilməməlidir”.
 
Səməd Seyidov deyib ki, 2015-ci ilin martın 15-də imzalanan əfv sərəncamı ilə 101 nəfər, 2015-ci ilin dekabrın 28-də imzalanan əfv sərəncamı ilə 210 nəfər, 2016-cı ilin martın 17-də imzalanan əfv sərəncamı ilə isə 148 nəfər azadlığa buraxılıb: “Bu istiqamətdə insan haqları məsələləri üzrə birgə işçi qrupunda təmsil olunan qeyri-hökumət təşkilatlarının işi təqdirəlayiqdir”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam