Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Bakıda yaşayan -naxçıvanlıların nəzərinə!

 
​Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər davam etdirilir.
Yenixeber.org: Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar, Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti və ya daimi yaşayan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədi ilə 2019-cu ilin noyabr ayının 15-dən dekabr ayının 5-dək Bakı şəhəri, Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsi 46 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində səyyar xidmət keçiriləcəkdir.

​Yeni şəxsiyyət vəsiqəsi almaq və ya dəyişmək istəyən Naxçıvan MR-də yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar hər gün (bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan unvana müraciət edə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam