Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni şəxsiyyət vəsiqələrinin rüsumu açıqlandı

Yeni şəxsiyyət vəsiqələrinin rüsumu açıqlandı

"Bu gündən Daxili İşlər Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılır. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN xidmət" mərkəzlərində və Sumqayıt regional "ASAN xidmət" mərkəzlərində həyata keçirilir"
Yenixeber.org: Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Onun sözlərinə görə, növbəti günlərdə regional "ASAN xidmət" mərkəzlərində də yeni şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanılacaq.

E.Niftəliyev, həmçinin qeyd edib ki, hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər və bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil.



Yeni nəsil şəxsiyyət vəsiqələrinin qiymətinə gəlincə, "ASAN xidmət" rəsmisi bildirib ki, 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur. 

"Belə ki, rüsum 10 gün müddətində 5 manat, 3 iş günü müddətində 25 manat, 1 iş günü müddətində isə 35 manat təşkil edir. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunub. 10 gün müddətində 4 manat, 3 iş günü müddətində 20 manat, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, yəni etibarlılıq müddəti bitibsə, vəsiqə korlanıbsa, ad soyad, ata adı dəyişdirildikdə, sənəd itirildikdə yalnız bu zaman yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması zəruridir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam