Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Parlament Brexit-ə dair səsverməni təxirə saldı-YENİLƏNİB

Britaniya parlamentinin İcmalar palatası Brexitin vaxtının dəyişdirilməsi haqqında düzəlişi qəbul edib.

Yenixeber: org: Yerli KİV-lər bildirir ki, hakim Mühafizəkarlar partiyasından olan sabiq deputat Oliver Letvin tərəfindən irəli sürülmüş təklifin lehinə 322, əleyhinə 306 deputat səs verib.

Qəbul olunan düzəlişə əsasən, Baş Nazir Boris Conson saat 23:00-dək Avropa İttifaqından Brexitin vaxtının dəyişdirilməsini xahiş etməlidir.

*   *   *17:21

Bu gün Böyük Britaniya parlamenti xüsusi iclas keçirəcək.

Böyük Britaniyanın Baş Naziri Boris Consonun Avropa İttifaqı ilə imzaladığı yeni müqavilə müzakirə edilib səsverməyə çıxarılacaq.

Baş Nazir, deputatları müqaviləni dəstəkləməyə çağırıb.

Müqavilə səs çoxluğu ilə qəbul edilsə oktyabrın 31-də İngiltərə Avropa İttifaqını tərk edəcək. Qəbul edilmədiyi təqdirdə isə Baş Nazirdən prosesin 2020-ci ilin yanvarına qədər təxirə salınması üçün Aİ-yə məktub göndərməsi tələb olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam