Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Agentlik : Leş satan şəbəkənin müəyyən edilməsi istiqamətində ...

"Leş kimi ən çox iribuynuzlu heyvanlar, xüsusilə də inək əti istifadə olur".

Yenixeber.org:   Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev deyib.

O bildirib ki, adətən süddən kəsilən, bala verə bilməyən, zəifləmiş, xəstələnmiş, zədələnmiş heyvanları emala göndərirlər: "Cinayətkar şəbəkələr bu cür heyvanları əldə etməyə çalışır. Sabirabad rayonunda və Abşeron rayonunun Güzdək qəsəbəsində bu cür məhsulların satışının qarşısı alınaraq dövriyyədən çıxarılıb. Bununla bağlı ekspertizalar aparılır.

Baytarlıq ekspertizasından keçməyən ətin istifadə olunması inzibati məsuliyyət yaradır, bununla bağlı cərimə sanksiyası tətbiq edilir".

Bölmə rəisi bu cür ətlərdən ictimai iaşə obyektlərində istifadə edilib-edilmədiyi ilə bağlı da danışıb: "Şübhə doğuran məhsullardan nümunələr götürülür, ekspertizalar aparılır. Sözsüz ki, ekspertizaların nəticələri normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı təqdirdə və burada cinayət əməli olduğu halda hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinə göndərilir. AQTA bununla bağlı reydlərini davam etdirir. İlkin mərhələdə həmin ətlər dövriyyədən çıxarılır. Hazırda şəbəkənin müəyyən edilməsi istiqamətində istintaq davam edir. Sözsüz ki, biz istintaqın sonunda hansısa ictimai iaşə müəssisələrinin bu cür ətlərdən istifadə edib-etmədiyini öyrənəcəyik. Şəbəkə tam müəyyənləşəndən sonra bu barədə məlumat vermək mümkün olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam