Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Assosiasiya sədri: Azərbaycana bal idxalının qarşısını almaq niyyətindəyik

 

Azərbaycana bal idxalının qarşısını almaq niyyətindəyik.

Yenixeber.org:   Bunu bu gün Aqrar Tədqiqatlar Mərkəzində, yarmarkaya son hazırlıq işləri, tətbiq ediləcək yeniliklər, arıçıları, eləcə də ictimaiyyəti maraqlandıran digər suallara həsr olunmuş mətbuat konfransında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq ölkə rəhbərliyinə də məktub ünvanlanıb:

“Dünya tərcübəsində belə bir tendensiya var. Daxili istehsal bazarını qorumaq üçün idxala məhdudiyyət qoyulur. Türkiyə və İsrail kimi ölkələr belə bir addım atdıqdan sonra onlarda yerli istehsalda geniş inkişaf müşahidə olundu. Hətta qardaş ölkədə o qədər inkişaf qeydə alındı ki, onlar artıq dünya ikincisidirlər. Əgər biz də bunu edə bilsək, Azərbaycanda arıçılıq sürətlə inkişaf edəcək”.

Sədr qeyd edib ki, bu təklif assosiasiya tərəfindən irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam