Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Metyu Brayza: “Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir”

“Nikol Paşinyanın qəribə bəyanatlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları davam etdirməsi olduqca vacibdir”.

Yenixeber.org:  Bu barədə  Gürcüstan bürosuna açıqlamasında Atlantik Şuranın analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir: “Nikol Paşinyan öncə Ermənistan və Dağlıq Qarabağın vahid, daha sonra isə Dağlıq Qarabağın müstəqil olduğunu bəyan edib. Ermənistan hökumətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, həmçinin ədalətli deyil”.

M.Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın yekun son hüquqi statusu danışıqlar yolu ilə razılaşdırılmalıdır: “Danışıqlar prosesində bir tərəf fayda əldə etmək üçün, nəyisə güzətşə getməlidir. Əgər hansısa tərəf istədiyi hər şeyi əldə etmək üçün güzəştə getməyəcəyini deyirsə, bu, sadəcə doğru deyil”.

M.Bryaza Tbilisidə “İndi nə?” (“Now what?”) adlı beşinci beynəlxalq konfransda iştirak edir. İkigünlük tədbiri İqtisadi Siyasət Araşdırmaları Mərkəzi və Makkeyn İnstitutu birgə təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam