Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda saxlanılan rusiyalı ermənilərin taleyi haqda-Foto

 

Azərbaycanın hüquq-mühafizə orqanları dünən KİV-in Göygöl rayonunda erməni əsilli iki Rusiya vətəndaşının saxlanması barədə yaydığı xəbərə hələ münasibət bildirməyiblər.

Yenixeber.org: Rusiya səfirliyindən deyiblər ki, bu məlumatı yoxlayırlar. Diplomatik nümayəndəlikdən onu da bildiriblər ki, indiyədək (şənbə günü-günorta) Azərbaycan tərəfdən onlara heç bir rəsmi məlumat daxil olmayıb.

Eyni zamanda, hələlik saxlanılan şəxslərin adları da məlum deyil. Qeyri-rəsmi məlumata görə, ər-arvad Rusiyadan Gəncəyə gəlib, oradan isə əvvəllər ermənilərin yaşadığı Çaykənd kəndinə gediblər. Orada onlar "şübhəli" davranışları ilə əlaqədar saxlanılıblar. Saxlanılan şəxslərin adları və yaşları açıqlanmır.

Etibarlı mənbələrdən saytımıza daxil olan məlumata görə, yoxlama və profilaktik söhbətdən sonra saxlanılan şəxslər sərbəst buraxılacaqlar.

Ermənilərin saxlanılmasına cəbhə xəttinin bilavasitə yaxınlığında-xüsusi hərbi dövr rejimi qüvvədə olan yerdə olmaları səbəb olub.(turan)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam