Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq nazir də daxil olmaqla şübhəli bilinən 80 nəfər saxlanıldı

Serbiyada sabiq nazir də daxil olmaqla korrupsiyada şübhəli bilinən 80 nəfər saxlanılıb

 

 

Serbiya polisi sabiq kənd təsərrüfatı naziri və digər yüksək vəzifəli şəxslər daxil olmaqla korrupsiya cinayətlərində şübhəli bilinən 80 nəfər saxlanılıb. Saxlanılan şəxslərin cinayət əməlləri nəticəsində dövlətə 100 milyon avrodan çox zərər dəyib.
Xeberinfo.com:   “RİA Novosti”yə istinadən xəbərə görə, bu barədə Serbiyanın DİN rəhbəri Neboyşa Stefanoviç Belqradda keçirdiyi mətbuat konfransında bildirib.    
 
“Əməliyyat dövlət orqanları ilə əlaqəli maliyyə kriminalı və korrupsiya cinayətləri ilə mübarizə çərçivəsində keçirilib”, deyə nazir qeyd edib.    
 
“Rezak” şərti adı altında birgə əməliyyat Serbiya polisi, vergi və prokurorluq orqanlarının əməkdaşları tərəfindən keçirilib və 2004-cü ildən bu vaxtadək qeydə alınmış korrupsiya tərkibli 25-dək müxtəlif epizodu əhatə edib.  Saxlanılan 80 nəfər və saxlanılması planlaşdırılan 39 şəxs çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vermə, sənədlərin saxtalaşdırılması, dövlət satınalmaları ilə fırıldaqçılığa yol verməkdə şübhəli bilinirlər.
 
Şübhəli şəxslərin əksəriyyəti dekabrın 25-i və 26-da saxlanılıblar.  
 
Qeyd edək ki, şübhəli bilinənlər arasında iki sabiq nazir müavini, bir neçə bələdiyyə rəhbəri, dövlət müəssisələrinin rəhbərləri və sahibkarlar var. Saxlanılan ən yüksək vəzifəli şəxslər  arasında 2004-2008-ci illərdə  kənd təsərrüfatı naziri vəzifəsində çalışmış Slobodan Milosavleviç və Korrupsiya ilə mübarizə Respublika Agentliyinin keçmiş direktoru Zorana Markoviçin də olduğu bildirilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam