Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycanda-şifrələnmə hücumlarının sayı artır

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır
“Kaspersky Lab” şirkətinin hesablamalarına görə, 2019-cu ilin ikinci rübündə Azərbaycan istifadəçiləri arasında şifrələnmə proqramları ilə hücumların sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0.72% -dən 0.85%-ə qədər artıb.
Yenixeber.org:   Aprel-iyun aylarında bu istiqamətdə MDB ölkələri arasında ən aktiv “WannaCry” ailəsi olub. Belə ki, hər beş şifrələnmə hücumundan biri onun iştirakı ilə həyata keçirilib. Bu troyana qarşı “patch” 2017-ci ildə, yəni, bu epidemiyanın yaranmasından iki ay əvvəl buraxılsa da, “WannaCry” hələ də ciddi təhlükə yaradır. MDBölkələri arasında ikinci yerdə “GandCrab” qərarlaşıb. Liderlərin üçlüyünü “Shade” proqramı tamamlayır. Hücumların 11% bu şifrələnmə proqramı ilə həyata keçirilir. 

Ümumilikdə, aprel-iyun aylarında 230 mindən çox istifadəçiyə şifrələnmə proqramları ilə hücum edilib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur. 

“İyun ayının əvvəlində, son il yarımın ən çox yayılmış zərərli proqramlardan biri olan “GandCrab”ın müəllifləri fəaliyyətlərini dayandırdıqlarını elan etsələr də, ikinci rübdə şifrələnmə proqramları ilə hücumların artdığını müşahidə etdik. “GandCrab” proqramı şifrələnmənin nə qədər səmərəli ola biləcəyini nümayiş etdirdi. Yayılmış bəzi məlumatlara görə, onun yaradıcıları kifayət qədər “qazandıqları” üçün fəaliyyətlərini dayandırdılar. Biz güman edirik ki, “GandCrab”ı əvəzləyəcək digər zərərli proqramlar hərəkətə keçəcək. İstifadəçilərə xatırladırıq ki, cihazlardakı proqram təminatını mütəmadi yeniləmək və etibarlı qoruyucu həll istifadə etmək lazımdır”, - bunu “Kaspersky Lab” şirkətinin baş antivirus mütəxəssisi Fyodor Siniçın deyib. 

Şifrələmə proqramı ilə cihazın yoluxma riskini azaltmaq üçün “Kaspersky Lab” bunları tövsiyə edir: 

• əməliyyat sistemini mütəmadi olaraq yeniləyin və “patch”-ları vaxtında quraşdırın; 
• etibarlı qoruyucu həllər istifadə edin; 
• faylların şifrələndiyi halda heç vaxt ödəniş etməyin, çünki bu sənədlərə girişin geri qaytarılmasını təmin etmir. Mütəxəssislərə müraciət edin və ya şifrələmə açarını https://noransom.kaspersky.ru/ saytından tapmağa çalışın. 
• Hər zaman faylların nüsxəsini çıxarıb ayrıca saxlayın. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam