Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

İstirahət günlərinin hava proqnozu

 

 

 
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. 
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazın bəzi yerlərdə gün ərzində yağış yağacağı gözlənilir. Yağışın eysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 21-26 dərəcə isti təşkil edəcək. 

Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 28-də səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında iyulun 28-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, iyulun 29-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək. 

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin iyulun 28-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. 

Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək. 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, yaxın iki gündə Bakıda və Abşeronyarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. 

Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam