Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycan dünyada işsizliyin həlli üçün -BMT-nin yeni gündəliyinə qoşulub

“Azərbaycan dünyada hökm sürən bərabərsizliyin, işsizliyin və digər problemlərin həlli üçün 191 ölkə ilə birlikdə BMT-nin yeni gündəliyinə qoşulub”.

Yenixeber.org: Bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada 600 milyondan çox insanın bilavasitə mərkəzləşdirilmiş şəkildə təmizlənmiş içməli suya əlçatanlığı təmin olunmayıb: “Dünyada bərabərsizlik hökm sürür və problemlər hələ də qalmaqdadır. Bu gün dünyada 1,25 dollardan aşağı gündəlik gəlirə yaşayan insanların sayı 800 milyon ətrafındadır. Hələ də dünyada 200 milyondan artıq insan işsizdir. 100 milyona yaxın gənc ilkin oxumaq bacarığına malik deyil. Bu gün dünyada formal olaraq bütün işləyənlərin sayı 40 faizdən çox deyil. Hazırda gənclər arasında işsizlik səviyyəsi üstünlük təşkil edir. Bu problemlərin həlli üçün BMT-nin yeni gündəliyinə Azərbaycan 191 ölkə ilə birlikdə qoşulub”.

Nazir müavini bildirib ki, Azərbaycan yoxsulluğun iki dəfə azaldılmasına nail olub: “Azərbaycan yoxsulluğun azaldılmasına nail olan 18 ölkə sırasına daxil olub. Bu nailiyyətə görə Azərbaycan bir neçə mükafata layiq görülüb”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam