Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan hesabat verəcək- Nyu-Yorkda

Azərbaycan Nyu-Yorkda hesabat verəcək
Bu ilin sonunda Azərbaycan Nyu-Yorkda yüksək səviyyəli forumda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasına dair hesabatını təqdim edəcək.
Yenixeber.org: Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması" mövzusunda keçirilən iclasda deyib. 

Nazir müavini bildirib ki, hesabatın təqdim edilməsində məqsəd aparılan işləri nəzarətdə saxlamaqdan ibarətdir. 

"Biz az sayda ölkələrdən ki, könüllü şəkildə 2017-ci ildə BMT-ə hesabatı təqdim etmişik. Məqsədlərdən bir çoxuna artıq Azərbaycan nail olub. Hazırda Azərbaycanda yoxsulluq 5 faiz təşkil edir. Bu, bəzi inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır. 

Hazırda Azərbaycan höküməti DİM-in milliləşdirilməsi prosesindədir. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən hər il hesabatları hazırlayır və ölkə başçısına təqdim edir. Bu, bizim 2030-cu ilə ölkənin inkişaf yolunu göstərir və bələdçi rolunu oynayır. Azərbaycanda yeni strategiya üzərində işləyirik. Gələn il "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasını yekunlaşdıracağıq və daha sonra növbəti 10 illik proqramı fikirləşəcəyik". 

S.Həsənova qeyd edib ki, təqdim edilən hesabatda ölkəmizin milli inkişaf gündəliyi, konsepsiyaları, DİM-in 62 faizini əhatə etməsinə dair məlumatlar yer alıb. 

"Qalan 38 faizi isə 2030-cu ilə qədər planlarımızda əhatə etməyə nəzərdə tuturuq. Biz bunu beynəlxalq təşkilatlarla etmək niyyətindəyik. Biz yarım illik Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması forumunu Azərbaycanda təşkil edəcəyik, orada bütün ölkələr orada öz planlarını, təcrübələrini bölüşmək imkanlarını əldə edəcəklər". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam