Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Bu işlər dövlət tərəfindən tənzimlənməlidir, əks halda...” -PA rəsmisi

“Bu işlər dövlət tərəfindən tənzimlənməlidir, əks halda...” - PA rəsmisi
"Etnik və mədəni müxtəliflik özlüyündə müsbət fenomendir. Çünki etnik və mədəni dəyərlərə söykənir. Yəni insanın davranışına, onun vərdişlərinə bağlanır və bunlar bütövlükdə bizim bugünkü fəaliyyətimizi istiqamətləndirir"
Yenixeber.org: Bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, lakin bu işlər dövlət tərəfindən tənzimlənməlidir: "Belə olmasa, müxtəlif münaqişələr dini və etnik əsaslarla meydanda əmələ gəlir. Azərbaycan multikulturalizmin, tolerantlığın nadir məkanlarından biridir. Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir". 

Ə.Nəcəfov qeyd edib ki, bugünkü qloballaşmanın önündə müxtəliflik məsələsi çox vacibdir: "Etnik müxtəliflik əslində tarixi, coğrafi, mədəni, sosial-iqtisadi, eləcə də siyasi faktorlar hesabına formalaşıb. Azərbaycan azsaylı dövlətlərdən biridir ki, dünya səviyyəsində bunu dövlət siyasətinin bir hissəsi kimi qəbul edib". 

PA rəsmisinin sözlərinə görə, multikulturalizmin əhəmiyyətindən danışdıqda qeyd etmək lazımdır ki, bu, etnik mədəni müxtəlifliyin cəmiyyətdə müdafiə edilməsinə yönəlib. "Onun funksiyası multikulturalizmin müxtəliflik cəmiyyətində qorunub saxlanması ilə bağlıdır və Azərbaycan bu siyasəti illər boyu yürüdür. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyevqoyub. İndi isə həmin siyasət onun davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam