Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Dünya ölkələrinin prezidentlərindən İlham Əliyevə təbrik

 

Bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrell prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
"Xeberinfo.com":  AzərTAc-a istinadən xəbərə görə, təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq diləyirəm.
Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət, rifah arzu edirəm.
Bizim işimizi və səylərimizi yüksək qiymətləndirdiyinizə görə Sizə çox minnətdaram. Bu yaxınlarda məni ali dövlət ordeni ilə təltif etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm. bp şirkəti olaraq, biz Azərbaycana böyük önəm veririk və buradakı fəaliyyətimizlə çox qürur duyuruq. Bu illər ərzində biz regionda əhəmiyyətli layihələr həyata keçirmişik. Layihələrimizə və əməliyyatlarımıza verdiyiniz əvəzsiz dəstəyə görə Sizə şəxsən təşəkkür etmək istəyirəm. Biz Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirir, bu məhsuldar və etibarlı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvarıq.
Bir daha vurğulamaq istəyirik ki, bp şirkəti Azərbaycan hökuməti qarşısında götürdüyü öhdəliklərə sadiqdir və həmin öhdəlikləri yerinə yetirmək üçün səylərini əsirgəməyəcək.
 
Qeyd edək ki, prezident İlham Əliyevi həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti İslam Kərimov, Qırğız respublikasının prezidenti Almazbek Atambayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Çin Xalq Respublikasının sədri Si Tszinpin, başqa dövlət və hökumət rəhbərləri təbrik edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam