Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vyanada etiraz aksiyası:Ermənilərlə bağlı Fransaya etiraz

Aprelin 24-də Fransanın Vyanadakı səfirliyi qarşısında etiraz aksiyası təşkil olunub.

Yenixeber.org:Məlumata görə, aksiyada Fransada “erməni soyqırımı” gününün təsis edilməsi və bu ölkənin uydurma erməni iddialarını dəstəkləməsinə etiraz edilib.

Aksiyada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş və digər ictimai fəallar çıxış ediblər.

Y.Günəş çıxışında bildirib ki, 1915-ci ildə ermənilərə qarşı soyqırımı törədilməsi iddiası ilə çıxış edənlər əllərində heç bir tarixi fakt olmadan yalnız siyasi maraqlara hesablanmış mövqe sərgiləyirlər. O bildirib ki, saxta soyqırımı iddiaları ilə Ermənistana dəstək göstərən bir çox ölkələr, eləcə də Fransa həqiqəti ortaya çıxarmaq, haqq-ədaləti bərpa etmək kimi məqsədlər güdmür, bu iddialardan yalnız Türkiyəyə qarşı siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Türkiyənin dəfələrlə arxivləri tarixçilər üçün açıb əsl həqiqəti ortaya çıxarmaq barədə təkliflərinə məhəl qoyulmaması da əsl məqsədin nədən ibarət olduğunu göstərir.

Həmçinin qeyd edilib ki, “erməni soyqırımı” mövzusunu gündəmdə saxlamaq ötən əsrin sonlarında baş vermiş digər soyqırımından diqqəti yayındırmağa, onun üzərinə kölgə salmağa hesablanır. Y.Günəş vurğulayıb ki, əsl soyqırımının törədildiyini görmək istəyənlərin çox da uzaq keçmişə baxmasına ehtiyac yoxdur. Xocalıda erməni silahlıları tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş amansız qətliam müasir dövrümüzün ən qanlı soyqırımlarından biridir. Dünya ictimaiyyəti bir dənə də olsun kütləvi erməni məzarlığının aşkarlanmadığı, heç bir dəlil-sübut və tutarlı faktların mövcud olmadığı bir uydurmaya inanmaq əvəzinə, qətlə yetirilmiş insanların adbaad qeyd edildiyi, foto və videomateriallarla sənədləşdirilən Xocalı soyqırımına ədalətli qiymət verməlidir.

Sonra tədbir iştirakçıları Fransa səfirliyi önünə qara çələng qoyublar. (Azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam