Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Berlində “Xocalıya ədalət!” aksiyası keçirilib

 

Berlində “Xocalıya ədalət!” aksiyası keçirilib
Berlində Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.
Yenixeber.org: Brandenburq qapıları qarşısında keçirilən aksiya iştirakçıları erməni silahlı dəstələri tərəfindən bəşəriyyətə qarşı törədilmiş cinayət - Xocalı soyqırımı və 1949-cu il Cenevrə Konvensiyasının Ermənistan tərəfindən pozulması haqqında məlumatı alman ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə şəhər sakinlərinə sənədli dəlillər – qəddarcasına güllələnmiş uşaqların, qadınların və qocaların fotoşəkillərini təqdim ediblər.

Aksiyada çıxış edənlər 27 il bundan əvvəl baş vermiş faciə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsi, habelə doğma yurdlarından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkün haqqında məlumat veriblər. İştirakçılar “Xocalıya ədalət!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Dilqəmə və Şahbaza azadlıq!” və digər şüarlarla dünya ictimaiyyətinə çağırış ediblər.

Aksiya fəalları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar siyasətinin mahiyyəti haqqında informasiyanın əks olunduğu bukletləri şəhər sakinləri arasında paylayıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam