Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycanda erməni icra başçısı təyin edilə bilər?

Azərbaycanın ən böyük şəhərlərindən biri olan Xankəndinə illərdir icra başçısı təyin edilmir.

Yenixeber.org: 1991-ci ildən bu yana işğal altında olan şəhərin 55,3 min nəfər əhalisi var. Aparılmış demoqrafik dəyişiklik nəticəsində hazırda şəhər əhalisinin böyük qismini ermənilər təşkil edir, şəhərin azərbaycanlı əhalisi isə öz evlərindən qovulub və məcburi köçkündürlər.

Xatırladaq ki, Ermənistan Dağlıq Qarabağı işğal etməzdən öncə Azərbaycanda yüksək vəzifələrdə ermənilər də təmsil olunublar. Hazırda işğal altındakı əraziləri çıxsaq, Azərbaycanda yaşayan ermənilərin sayı 30 mindən çoxdur. Hazırkı şəraitdə bu əhalidən biri Xankəndi şəhərinə icra başçısı təyin edilə bilərmi?

Beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev  açıqlamasında Xankəndinə Azərbaycan vətəndaşı olan erməni əsilli şəxsin icra başçısı təyin edilməsinin faktiki bir əhəmiyyəti olmayacağını və belə bir şəxsin təyin olunacağı halda belə vəzifə səlahiyyətlərini icra edə bilməyəcəyini deyib.

“Bizim işğalda olan bəzi rayonlarımızın icra başçıları var və icra hakimiyyətləri də fəaliyyət göstərir. Çünki ən azından həmin yerdə əhali və qaçqınlar var. Sənədlərin verilməsində və digər bu kimi məsələlərdə onlar üçün iş görə bilirlər.

Erməni əsilli birinin Xankəndiyə icra başçısı təyin edilməsinin Qarabağ danışıqlar prosesində müsbət nəticəsinə gəlincə isə deyə bilərəm ki, bunun üçün hökumət tərəfindən yeni paket hazırlanmalıdır. Əgər Dağlıq Qarabağ ermənilərini təkrar qucaqlamağa, onları öz torpaqlarımızda ölkəmizin vətəndaşları olaraq görməyə hazırıqsa, onlar üçün yerli orqanlara təyinatların olması da daxil olmaqla, xüsusi paket proqramı hazırlanmalıdır. Lakin deyə bilərəm ki, Dağlıq Qarabağ əgər müharibə olmadan Azərbaycanın tərkibinə qatılsa, oradakı ermənilər öz idarəetmə orqanlarını özləri seçəcəklər. Bu dəqiq belədir. Əgər müharibə yolu ilə bu torpaqları alsaq, təbii ki, mərkəzi hökumətin Dağlıq Qarabağ üzərində səlahiyyətləri daha güclü olacaq. Bu səbəblə bizim erməni əsilli olan Azərbaycan vətəndaşını icra başçısı təyin etməyimizin bir mənası qalmır. Dağlıq Qarabağ əvvəllər muxtar vilayət statusunda idi. Bizim hökumət də təklif edir ki, biz daha yüksək muxtariyyət verəcəyik. Buna görə də mümkün ola bilər ki, ən yüksək muxtariyyət statusunu tanıyacağıq. Bu səbəbdən oraya icra baçsının mərkəzi hökumət tərəfindən təyin olunması məntiqə uyğun olmaz”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin isə məsələyə yanaşması bir qədər fərqlidir. O, belə bir təyinatın həyata keçirilməsinin qeyri-adi hal sayılmaması gərəkdiyini və erməni əsilli Azərbaycan vətəndaşının icra başçısı olmasının ölkəyə yalnız divindent gətirəcəyini bildirib:

“Azərbaycan parlamentində neçə çağırışdır ki, Xankəndidən Milli Məclisə deputat seçilir. Düzdür, seçilən deputat azərbaycanlıdır. Məncə, bundan sonra Dağlıq Qarabağda işğal altında olan və əhalisinin əksəri ermənilərdən ibarət olan rayonlara erməni əsilli Azərbaycan vətəndaşının icra başçısı təyin edilməsinə başlamaq olar. Elə birinci Xankəndidən başlamaq lazımdır. Onsuz da burada yaradılan qondarma rejim, yəni “dqr” dünya tərəfindən tanınmır. Hesab edirəm ki, Azərbaycan bir ermənini icra başçısı təyin etsə, heç kim buna etiraz etməz. Çünki bura Azərbaycan torpaqlarıdır, bütün dünya Azərbaycanın ərazi bütövlüyü tanıyır. Bu nöqteyi-nəzərdən orada idarəçi sistemin qurulmasına ciddi sürətdə başlamaq lazımdır. Təkcə Xankəndinə deyil, eləcə də ermənilərin yaşadıqları digər rayonlara da müxtəlif nümayəndələrin təyinatını həyata keçirmək lazımdır. Dünya qarşısında bir daha sübut etmək olar ki, Azərbaycanın suverenliyi bu işğal edilmiş ərazilərdə də tanınır və bu ərazilərdə Bakının özü kadrların təyin edilməsi məsələsini həyata keçirir. Bu, beynəlxalq aləmdə də rəğbətlə qarşılanacaq”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən, Xankəndidə 13 məntəqədən ibarət olan Xankəndi seçki dairəsi formalaşdırılıb. Xankəndi dairə seçki komissiyasının üzvləri arasında erməni əsilli Azərbaycan vətəndaşı da var. MSK bu seçki dairəsində 4838 seçicinin qeydiyyatda olduğunu bildirib.(Axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam