Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Sabahın hava proqnozu-Buludlu, yağmursuz...

 
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam