Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

"İstanbuldakı seçkinin nəticələri ləğv oluna bilər” -Ərdoğan

 

“İstanbuldakı seçkinin nəticələri ləğv oluna bilər” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İstanbuldakı bələdiyyə seçkilərində qeydə alınan qanun pozuntuları səbəbindən Türkiyənin iqtisadi ürəyi olan bu şəhərdəki seçkinin bütün nəticələri tamamilə ləğv edilə bilər.
Yenixeber.org: Bu barədə Ərdoğan Moskvadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Əgər praktiki olaraq 11 milyon seçicinin yaşadığı İstanbul kimi şəhərdə səslərin sayındakı fərq cəmi 30 mindirsə və apellyasiya şikayəti verildikdən sonra bu rəqəm 13 minədək düşürsə, onda biz bu mübarizəmizi davam etdirməliyik. Bütün şübhələri aradan qaldırmaq lazımdır. Vəziyyətin bu cür davam etməsi hətta İstanbuldakı seçki nəticələrinin tamamilə ləğv olunmasına da gətirib çıxara bilər”, – deyə Ərdoğan vurğulayıb.

O, həmçinin bildirib ki, hər kəs Türkiyənin Ali Seçki Komissiyasının (ASK) istənilən qərarına hörmət etməlidir. Bu mənada, Ərdoğan hətta özündən nümunə də gətirib: “1991-ci ildə parlamentə deputat seçildim, amma ASK-nın qərarı ilə mandatım əlimdən alındı. Mən bu qərarı qəbul etməyə məcbur idim”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam