Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SMDT-nin fəaliyyəti dayanıb

 

Anar Məmmədlinin və Bəşir Süleymanlının səhhətlərində problem yaranıb

 

"Xeberinfo.com":  Məlumata görə,Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) fəaliyyət göstərə bilmir. Mərkəzin koordinatoru Samir Kazımlı bildirib ki, hakimiyyətin müstəqil QHT-lərə etdiyi basqılar nəticəsində SMDT fəaliyyətini dayandırmağa məcbur olub: “QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərdən sonra təşkilatın fəaliyyət göstərməsi qeyri-mümkün olub. SMDT dövlət qeydiyyatına alınmadığı, onunla partnyor olan təşkilatların bank hesablarına həbs qoyulduğu üçün təşkilat xeyli müddətdir ki, heç bir layihə həyata keçirə bilmir, donorlardan maliyyə almaq imkanları tamamilə məhdudlaşdırılıb. Maliyyə olmadan təşkilatın ofisini və əməkdaşlarını saxlamaq mümkün deyil. Bu səbəbdən də SMDT ilə əməkdaşlıq edən şəxslər başqa yerlərdə özlərinə iş taparaq orda işləməyə başlayıblar. Qeyri qanuni yollarla maliyyə əldə etmək isə SMDT-nin prinsplərinə ziddir”. Koordinator bildirib ki, ölkədə insan hüquqları sahəsində islahatlar aparılmasa, qanunlar liberallaşmasa və müstəqil QHT-lərin fəaliyyətinə yaradılan məhdudiyyətlər aradan qaldırılmasa, SMDT ölkədə keçirilən heç bir seçkinin müşahidəsini aparmayacaq: “Hazırkı vəziyyətdə təşkilatın fəaliyyətini davam etdirməsi üçün şərait yoxdur. Vəziyyət belə davam edəcəyi halda əsassız ittihamlarla həbs edilən Anar Məmmədli və Bəşir Süleymanlı azadlığa çıxandan sonra yəqin ki, xaricdə təhsillərini davam etdirəcəklər. Həbsdən öncə onların belə bir istəkləri var idi. Anar Məmmədli təhsilini xaricdə davam etdirmək üçün konkret addımlar da atmışdı. Lakin həbsi onun xaricdə təhsilini davam etdirməyinin qarşısını aldı”.
S.Kazımlı Anar Məmmədlinin və Bəşir Süleymanlının səhhətlərində problemlərin yarandığını da qeyd etdi: “Bəşir Süleymanlı bir neçə il öncə ağır avtomobil qəzası keçirib və qəza zamanı aldığı ağır xəsarətlərin fəsadları hələ də qalmaqdadır. Son günlər havaların soyuması ilə əlaqədar Bəşir Süleymanlının qəza zamanı aldığı xəsarətlərinin yerlərində şiddətli ağrılar yaranıb. Anar Məmmədlinin isə gözlərində, mədəsində və ayaqlarında ağrılar yaranıb. Onların hər ikisinin ciddi müalicəyə ehtiyacı var”.
SMDT noyabrın 6-da yaydığı bəyanatda bildirib ki, təşkilat dövlət qeydiyyatına alınmadığı, onunla partnyor olmuş QHT-lərin bank hesablarına həbs qoyulduğu üçün və xüsusilə də QHT qanunvericiliyinə edilən dəyişikliklər səbəbindən SMDT-nin seçkilərin müşahidəsini həyata keçirməsi mümkünsüz hala salınıb. Bu səbəbdən SMDT 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində müşahidəçilik həyata keçirə bilməyəcək.
SMDT Azərbaycanda azad ədalətli və şəffaf seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır. 
Anar Məmmədli 5,6 il müddətinə, onun müavini Bəşir Süleymanlı isə 3,6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar vergi ödənişindən yayınmaqda, qanunsuz sahibkarlıqda, mənimsəmə və s.-də təqsirli biliniblər.
Amnesty İnternational Anar Məmmədlini və Bəşir Süleymanlını “vicdan məhbusu” kimi tanıyıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam