Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Bəzi QHT-lər mütəmadi olaraq qanunun tələblərini pozur"

 

"Əfsuslar olsun, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları mütəmadi olaraq qanunun tələblərini pozur, QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanunazidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar". 

"Xeberinfo.com":   Məlumata görə , bunu Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov BBC-nin sualını cavablandırarkən deyib.

 

Azər Qasımov bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq həyata keçirir: "Bildiyiniz kimi, QHT-lərin əsas rolu vətəndaş cəmiyyətinin fəaliyyətini konsolidasiya etməkdən, eləcə də korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini verməkdən ibarətdir. Əfsuslar olsun, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları mütəmadi olaraq qanunun tələblərini pozur, QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanunazidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar. 

 

Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzim edən qanunvericilikdə çoxlu boşluqlar var idi. Bunlar da öz növbəsində bəzi QHT-lər tərəfindən yuxarıda sadaladığım qanun pozuntularının törədilməsi üçün münbit şərait yaradırdı. Bunları nəzərə alaraq, bu yaxınlarda QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edildi və bunun da əsas məqsədi QHT-lərin fəaliyyətində şəffaflığın tam təmin olunmasından ibarətdir. Qeyd etmək istəyirəm ki, bu istiqamətdə aparılan işlərin siyasi proseslərlə heç bir əlaqəsi yoxdur və QHT-lərin fəaliyyətində şəffaflığın təmin edilməsi ideyası elə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün ideyası ilə də üst-üstə düşür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam