Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xarici QHT-nin fəaliyyət qaydasında dəyişiklik

 

Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndəlik və filiallarının fəaliyyətinin dayandırılması qaydası dəyişib

"Xeberinfo.com":  APA-nın məlumatına görə, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na əsasən QHT-lər və xarici dövlətlərin QHT-lərinin nümayəndəlikləri və ya filialları fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edə bilər.
 
Qurumun müraciəti əsasında fəaliyyətinin dayandırılması üçün QHT-nin və xarici dövlətlərin QHT-sinin nümayəndəliyinin və ya filialının qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş ərizə, qurumun fəaliyyətinin dayandırılması ilə bağlı qərar (qərarda dayandırılma müddəti və səbəbi göstərilməlidir) təqdim olunmalıdır. Fəaliyyətinin dayandırılması barədə sənədlərə baxılarkən qurum tərəfindən müvafiq vergi ilində (illərində) fəaliyyətin müvəqqəti olaraq dayandırması ilə əlaqədar Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada Vergilər Nazirliyinə müraciət edilib-edilməməsi aydınlaşdırılmalıdır.
 
Qurum tərəfindən Azərbaycan Nazirliyinə müraciət olunmadığı müəyyən edildikdə müraciət edənə bununla bağlı qanunvericiliyin tələbləri yazılı qaydada bildirilməlidir. İndiyə qədər Vergilər Nazirliyindən Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırmış vergi ödəyicisi olan QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri, habelə Maliyyə Nazirliyindən təqdim etdikləri maliyyə hesabatlarına əsasən  fəaliyyətini dayandırmış və bərpa etmiş QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri barədə məlumatlar daxil olduqda, həmin məlumatlar göstərilən orqanlara istinad etməklə qeyri-kommersiya qurumlarının  və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilib. Mövcud Qaydada bu məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı konkret müddət göstərilməyib.
 
Ədliyyə Nazirliyinin Kollegiyasının “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na etdiyi dəyişikliyə əsasən bununla bağlı konkret müddət müəyyənləşdirilib. Qurumun müraciəti əsasında fəaliyyətinin dayandırılması üçün  QHT-nin və xarici dövlətlərin QHT-sinin nümayəndəliyinin və ya filialının qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuş ərizə, qurumun fəaliyyətinin dayandırılması ilə bağlı qərar (qərarda dayandırılma müddəti və səbəbi göstərilməlidir) təqdim olunduqda Ədliyyə Nazirliyi 3 gün müddətində qurumun fəaliyyətinin dayandırılması barədə məlumatı qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil etməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam