Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müsəlmanlara qarşı dəhşətli teraktlar olacaq -Sensasion açıqlama

 

Yeni Zelandiyada məsciddə baş verən terror aktı ilkdir və bunun davamı olacaq.

Yenixeber.org: Bu sözləri politoloq Zaur Məmmədov deyib. O bildirib ki, bütün bunlar əvvəlcədən hazırlanmış ssenaridir:

“Çünki Yeni Zelandiyadakı teraktı törədən cinayətkar əvvəlcədən bütün dünyada proseslərin ilk icraçısı kimi tanınmaq istəyirdi. Təsadüfi deyil ki, bundan sonra Londonda da məscidə hücum baş verdi. Hücumların bundan sonra da xristian ölkələrində müsəlmanların kompakt yaşadığı yerlərdə və ibadət etdiyi məscidlərdə olacağını istisna etmək olmaz”.

Politoloq vurğulayıb ki, bəzi dünya qüvvələrinə bu zəmində münaqişələr lazımdır:

“Baş verənlər xristianlar və müsəlmanlar arasında yenidən münasibətlərin gərginləşməsinə qədər gedib çıxa bilər. Əgər xristianlar tərəfindən məscidlərə və digər yerlərə hücumlar olacaqsa, müsəlmanların da xristianlara cavabı olacaq. Dünya yenidən bundan əvvəlki dövrlərdə olduğu kimi, dini konfensiya savaşlarına şahidlik edə bilər. Görünür, dünyanın bəzi dairələrinə bu çaxnaşma lazımdır. Suriya münaqişəsinin az qala tənzimləndiyi bir vaxtda yeni münaqişəyə ehtiyac var”.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində silahlı şəxs məscidə hücum edib. Son məlumata görə, hücum nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam