Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ türk siyasi-hərbi iradəsi ilə razılaşacaq

 

Türkiyə və ABŞ arasında gedən proseslər Ankaranın xeyrinə nəticələnəcək.

Yenixeber.org: Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, rəsmi Ankara gözünün önündə heç bir terror təşkilatına dözən deyil:

“Türkiyə bundan sonra kimlərinsə, o cümlədən, rəsmi Vaşinqtonun göstərişlərini yerinə yetirməz. Bu ilin oktyabr ayında Rusiyadan alınan S-400 silahları TSQ-nin istifadəsində olacaq. Türkiyə artıq bu məsələdə son sözünü deyib. Bundan sonra ABŞ F-35-ləri Türkiyəyə satsa da, satmasa da özü bilər. Türkiyə ABŞ-dan F-35 almağa hazırdır, amma buna görə Rusiyanın S-400-lərindən imtina edən deyil”.

Politoloq vurğulayıb ki, ABŞ terrorçuları sona qədər dəstəkləmək niyyətindədir:

“İndi də guya ABŞ-ın dəstəyi ilə Suriya Demokratik Qüvvələri İŞİD-ə qarşı hərbi əməliyyat keçirir. Bunlar hamısı ona görə edilir ki, ABŞ PYD-YPG müttəfiqlərinin terrorçularla mübarizədə vacibliyini göstərsin və bunu bəhanə edib Suriyada qalsın. Ancaq ABŞ-ın Suriyada qalıb-qalmamasından asılı olmayaraq, Türkiyə verilən vaxt bitən kimi Menbiç və bütün Şimali Suriyada PKK-YPG-PYD terrorçu qruplarına qarşı antiterror əməliyyatı aparacaq. Şimali Suriya tam terrorçulardan təmizlənənə qədər Ankara orada hərbi mövcudluğunu qoruyub saxlayacaq. ABŞ Şimali Koreya ilə bir masa arxasında oturub razılaşırsa, Türkiyə ilə də bütün məsələlərdə razılaşacaq. Sadəcə, ola bilsin ki, bu, bir az vaxt aparacaq. ABŞ Suriyada iştirakının vaxtını uzatmağa çalışır. Afrində olduğu kimi, Menbiçdə də ABŞ türk siyasi-hərbi iradəsi ilə razılaşmağa məcbur olacaq. ABŞ kimi böyük dövləti belə fakt qarşısında qoyanda o geri çəkilməyi bacarır”.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam