YEVANGELİST-MÜSƏLMAN İTTİFAQI MÜMKÜNDÜRMÜ? –Azərbaycana səfər etmiş ravvin bu məsələni araşdırıb
Maayan Hoffman
“Jerusalem Post”, 11.03.2019
Xristian-müsəlman münasibətləri bu gün ən böyük dinlərarası çağırışlardan biri sayılır. Etibarlı Etnik Anlaşma Fondu (FFEU) və “PSB Research”-in keçirdiyi yeni sorğu mövcud münasibətlər və anlayışların dərinləşməsi, qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsi məqsədi ilə Amerikanın yevangelist xristianları və müsəlmanları arasında olan oxşarlıqları və fərqləri müəyyən etməyə çalışıb.
Yenixeber.org: Sorğu bu iki qrupun dini dəyərlər və mərasimlərində bir çox bənzərliklərin olduğunu isbatlayıb. Ancaq həmin bənzərliklər iki din arasında anlaşılmazlıq arxasında gizlənir və hər iki qrup bir-biri ilə yaxşılaşma imkanı görürlər.
Bundan başqa, yevangelistlərin ABŞ prezidenti Donald Trampla səyahət qadağası, miqrant karvanı və İsrailin ABŞ-dakı səfirliyini Qüdsə köçürmə kimi məsələlərdə eyni rəydə, müsəlmanların isə prezidentə qarşı olduğunu üzə çıxarıb.
Müsəlmanların əksəriyyəti Trampa səs verməyib (yalnız 12%) və onun fəaliyyətini bəyənmir. Əksinə, yevangelistlər Trampa səs verib (56%) və ona dəstəyi davam etdirirlər.
Yevangelistlər və müsəlmanlar səyahət qadağası qərarı ilə razılaşmırlar. Söhbət 2017-ci ildə Trampın altısı müsəlman olan səkkiz ölkə vətəndaşlarına ABŞ-a giriş məhdudiyyəti qoymasından gedir. Yevangelistlərin təxminən 37% -i səyahət qadağasını dəstəkləsə də, müsəlmanların yalnız 7%-i bunu edir.
İran, İsrail və Fələstin dövlətinə gəldikdə, müsəlmanlar və yevangelistlər fərqli fikirdədir: xristianlar Trampın İranla nüvə razılaşmasından çıxmasını dəstəkləyir (35%), müsəlmanların isə cəmi 11%-i.
Müsəlmanların üçdə birindən çoxu İsrail-Fələstin münaqişəsində Təl-Əvivi ittiham edir, əksinə, yevangelistlərin 5%-i bu fikirdədir. Yevangelist xristianların təxminən 37%-i (müsəlmanların 53%-i) ikidövlətli həlli dəstəkləyir.
Yevangelistlər Trampın səfirliyin köçürülməsinə dair qərarı da daxil olmaqla, ABŞ-ın İsrail siyasətini qətiyyətlə dəstəkləyir. Onların təxminən 45%-i Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarı ilə razıdır (müsəlmanların yalnız 5%-i). Bundan əlavə, müsəlmanların təxminən 45%-i ABŞ siyasətinin İsraili “daha çox dəstəkləyici” hesab edir.
Müsəlmanların əksəriyyəti demokratlara səs verir; daha çox yevangelist respublikaçılara. Sorğuya əsasən, müsəlmanların 46%-i demokratdır, yevangelistlərin 23%-i; onların 44%-i respublikaçıdır, müsəlmanların 11%-i.
FFEU rəhbəri ravvin Mark Şnayer bildirib ki, ABŞ-da və bütün dünyada yevangelist və müsəlmanların sayı artdığından bu sorğunun keçirilməsi vacibdir. ABŞ-da 60 milyon yevangelist və bir neçə milyon müsəlman var, dünyada isə 600 milyondan çox yvangelist xristian və 1.6 milyard müsəlman.
“Amerikalı müsəlmanlar artıq bir müddətdir ki, hücumlara məruz qalırlar. Dinlərarası mənada, yevangelist xristian icmasının müsəlmanları və İslamı daha yaxşı başa düşməsi və həssaslığa malik olması vacibdir. Dinlərarası dialoqun artırılması üçün bu iki cəmiyyət yaxınlaşdırılmalıdır”.
Şnayer bu yaxınlarda ilk yevagelist missiyanın tərkibində Azərbaycandan, şiə-müsəlman əksəriyyətli ölkədən qayıdıb. Azərbaycan seçiminin səbəbi dünyadakı 57 müsəlman ölkəsi arasında Azərbaycanın İsraili dəstəkləyən 1 nömrəli dövlət sayılmasıdır. Bundan başqa, ondan Səudiyyə Ərəbistanı və Bəhreyn də daxil olmaqla, Körfəz ölkələrinə yollanacaq xristian missiyalarına rəhbərlik etməsi xahiş olunub.
Ravvinin sözlərinə görə, “İsraillə əlaqələrin istiləşməsi Amerika və dünya miqyasında yevangelist xristian-müsəlman münasibətlərinə təsir edəcək”.
Körfəzin altı dövlətindən beşində indi dinlərarası mərkəzlər var, üstəlik, onlar digər dinlərlə dialoqa üstünlük verir.
FFEU rəhbəri Körfəz ölkələri arasında İsraillə kimin ilk əlaqə yaradacağına dair rəqabətin olduğunu bildirib.
Şnayerin sözlərinə görə, sorğu zamanı yevangelist və müsəlmanların İsraillə əməkdaşlıq edən və onu dəstəkləyən müsəlman dövlətlərə dözümlü olduğu aşkarlanıb.
“Siyasi problemlər, əlbəttə, olacaq və cəmiyyətlər razılaşmayacaqlar, – Şnayer bildirib, – amma bu fərqləri aşa bilərik. Sorğuda hər iki icma əlaqələrin yaxşılaşdırılmasının zəruriliyini etiraf edir”.Tərcümə: Strateq.az