Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

BMT-dən Rohinca müsəlmanları ilə bağlı kritik açıqlama

 

BMT-dən Rohinca müsəlmanları ilə bağlı kritik açıqlama
BMT İnsan Hüquqları Şurasının təhqiqatçısı, təşkilatın Myanma üzrə xüsusi məruzəçisi Yanqhi Li Banqladeş hökumətinin bu ölkəyə sığınan 23 min Rohinca müsəlmanını apreldə Başan Çar adasında yerləşdirmək planı ilə bağlı ciddi narahatlığını bildirib. 
 Yenixeber.org: "The Associated Press” xəbər verir ki, Şuranın Cenevrədə keçirilən iclasında hesabatını təqdim edən Yanqhi Li son 20 ildə Mehna çayının lil və qalıqlarından əmələ gələn Başan Çar adasında insanların yaşayışı üçün şəraitin olmadığını və hər il güclü daşqınlara məruz qaldığını əsas gətirərək, Rohinca müsəlmanlarının oraya köçürülməsinin yeni böhrana səbəb olacağı barədə xəbərdarlıq edib. 

BMTnin xüsusi məruzəçisi onu da tələb edib ki, BMT Təhlükəsizlik Şurası Myanmada rohincalılara və digər etnik qruplara qarşı edilən zülmlərlə bağlı işi Beynəlxalq Cinayət Məhkəməsinə ötürsün. Lakin iclasda iştirak edən Myanma nümayəndəsi Kyav Moe Tun buna qəti etirazını bildirərək deyib ki, “Haaqadakı məhkəmə Myanma üzərində heç bir yurisdiksiyaya malik deyil”. 

Qeyd edək ki, 700 mindən çox Rohinca müsəlmanı Myanma hökumət qüvvələrinin qırğınından xilas olmaq üçün qonşu Banqladeşə sığınıblar. Lakin Koks Bazar qaçqın düşərgəsində artıq yer olmadığından hökumət 100 min rohincalını köçürmək istəyir. 



Xatırladaq ki, əhalisinin əksəriyyəti buddistlərdən ibarət olan Myanmada hökumət ordusu 2017-ci ilin yayında müsəlman azlıqların yaşadığı Arakan (Rakxayn ) vilayətinə hücum edərək, Rohincalılara qarşı qırğınlar törətmiş, kəndləri yandırmışdı. Arakan Rohinca Qurtuluş Ordusu (Arsa) da öz növbəsində Myanmanın hökumət qüvvələrinə qarşı silahlı müqavimət göstərmişdi. 

Arakandakı qırğınlar nəticəsində minlərlə Rohinca müsəlmanı qətlə yetirilib, 700 mindən çoxu isə qonşu Banqladeşə qaçıb, yaxud sərhəd əraziyə sığınıblar. Myanma tərəfi bildirib ki, ordu Rohinca “terrorçularına" qarşı döyüşür və etnik təmizləmə aparmaları ilə bağlı iddialar yalandır. 

BMT-nin daha əvvəlki hesabatlarına əsasən, Rohincalılar dünyada ən çox təqib olunan və şiddətə məruz qalan etnik azlıqdır. Myanma hökuməti onlara vətəndaşlıq verməkdən imtina edir, çünki Rohinca müsəlmanlarını Banqladeş və digər qonşu ölkələrdən gələn qeyri-leqal miqrantlarlar hesab edirlər. Bir çox ölkələrin mövqeyinə görə, Rohinca müsəlmanlarına qarşı baş verənlər soyqırımdır. 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam