Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Prezident qızını həbs etdirdi

 

 

     Özbəkistan prezidentinin böyük qızı, yanvarın əvvəlində atası ilə barışdığını elan edən Gülnarə Kərimova barədə yenidən “qara xəbərlər” gəlir

 

      "xeberinfo.com" Orta Asiya qaynaqlarına istinadən xəbər verir ki, Gülnarə Kərimova yarım aydan çoxdur Daşkənddə həbsdədir. Xəbərdə deyilir ki, G.Kərimova həbsxanada olarkən Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, habelə atası İslam Kərimovun şəxsi mühafizəçiləri tərəfindən amansızcasına döyülüb.
       Analitiklər qeyd edirlər ki, bu hadisə Özbəkistanda hakim klan arasında hakimyiyət uğrunda mübarizənin twitter mübarizəsindən real hakimiyyət bölgüsünə keçdiyini göstərir.
    Qeyd edək ki, ötən ilin sentyabrından etibarən Gülnarə Kərimova Özbəkistan xüsusi xidmət orqanlarının güclü təqibləri altındadır. Onun bütün biznesi əlindən alınıb, adamları həbs olunub, özünə ölkədən çıxmaq qadağan edilib. G.Kərimova buna cavab olaraq anası Tatyana Kərimova və kiçik bacısı Lola, habelə atasının rejimi ilə bağlı twitter üzərindən ifşaedici məlumatlar yayırdı.
   Lakin bu ilin əvvəlində Gülnarə elan etdi ki, atası ilə barışıb və incəsənətlə bağlı yeni layihələrə başlayır. Daha sonra G.Kərimova atasının ad günündə ona klip də həsr etmişdi. Ancaq belə görünür ki, Özbəkistanın hakim ailəsində düşmənçilik heç də aradan qalxmayıb.
Orta Asiya qaynaqları xəbər verir ki, Gülnarə Kərimova və onun 15 yaşlı qızı İman yarım aydan çoxdur ev dustağı ediliblər. Daşkənddəki mənbələr bildirir ki, G.Kərimova və qızı mənzildə xüsusi xidmət orqanlarının ciddi nəzarəti altındadır. Məlumatlarda o da deyilir ki, G.Kərimovanın səhhətində ötən ay problem yaranıb və o, İsrailə müalicəyə getmək üçün atasından icazə almaq istəyib. Gülnarənin ölkədən çıxmaq icazəsi almaq üçün atasına yazılı müraciət etdiyi bildirilir.
Lakin bu məktub göndərilən kimi Özbəkistan prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri Muijon Tahirovun və xidmətin operativ hissəsinin rəisi Nodır Vəliyevin başçılığı ilə xüsusi təyinatlılar onun mənzilinə basqın ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam