Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Keçmiş prezidentin qızı həbsxanaya salındı –şərtləri pozmaqda ittiham olunur

Özbəkistanın Baş Prokurorluğu bildirir ki, mərhum prezident Islam Karimovun qızı Gülnarə Kərimova ev dustaqlığının şərtlərini pozduğu üçün həbsxanaya qaytarılıb.

Yenixeber.org: Bu haqda qərarı Daşkənd məhkəməsi martın 5-də çıxarıb. Baş Prokurorluğun məlumatına görə, Karimova noyabrın 22-də ev dustaqlığının şərtlərini pozub, 2018-ci ilin iyunundan bəri yaşadığı qızı Imanın evini tərk edib. Kərimovanın internetdən də istifadə etdiyi iddia olunur.
Karimovanın beş illik ev dustaqlığının qalan hissəsini çəkməsi üçün həbsxanaya göndərildiyi bildirilir.

Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb. Son illər Kərimovanı müdafiə edən isveçrəli vəkildən açıqlama almaq mümkün olmayıb

Xatırladaq ki, Kərimovanın saxlanılması ilə bağlı məlumatı martın 5-də onun qızı İman özünün Instagram hesabında yayıb.

“Təxminən saat 19-da Özbəkistan prokurorluğunun əməkdaşları mənim Daşkənddəki mənzilimə soxuldular. 2018-ci ilin iyununda şərti azadlığa buraxıldıqdan sonra anam burada mənimlə yaşayırdı. Gələnlərdən biri əvvəlcə “rəhbərliyin” adından anamı hədələdi. Bir neçə dəqiqədən sonra isə prokurorluğun əməkdaşları anamı qeyri-müəyyən istiqamətdə apardılar”.

2015-ci ildə İsveçrə, İsveç və ABŞ-da Gülnarə Kərimovaya qarşı cinayət işləri qaldırılıb.

Onu milyard dollaradək pulun mənimsənməsində ittiham edirlər. İttihamnamələrdə söhbət ilk növbədə Karimovanın 6 telekommunikasiya şirkətindən aldığı rüşvətlərdən gedir. Kərimova Özbəkistanda da 53 milyon dolları mənimsəməkdə ittiham olunurdu.

Daşkənd məhkəməsi onun azadlığının 5 il müddətinə məhdudlaşdırılması barədə hökm çıxarmışdı.

O vergidən yayınmada, oğurluqda, pul qoparmaqda və ofşor şirkətlərə aid sənədləri məhv etməkdə təqsirli bilinmişdi. Sözü gedən pulların böyük qismı, təxminən 800 milyon dollar İsveçrə banklarında aşkar olunub və bu hesablara həbs qoyulub.

Ötən il iyulun 31-də İsveçrənin cinayət işləri üzrə federal məhkəməsi Kərimovanın hesablarına həbs qoyulmasına qarşı verilmiş apellyasiya şikayətini rədd edib. Bu isə o deməkdir ki, pullar tez bir zamanda Özbəkistan dövlətinə qaytarıla bilər.

(Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam