Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Daha bir vəzifəli şəxsə qarşı ittiham-Ermənistanda

 

 
Ermənistanda daha bir vəzifəli şəxsə qarşı ittiham
Ermənistanın sabiq baş nazirinin müavini Armen Gevorqyana qarşı 2008-ci ilin 1-2 mart hadisələrilə əlaqədar açılan cinayət işi üzrə ittiham irəli sürülüb.
Yenixeber.org: Bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan məlumat verib. 

" "Wikileaks" saytının materiallarına əsasən, Konstitusiya Məhkəməsinin hakimi Valeriy Poqosyana təzyiq edilib. O, Serj Sarkisyanın xeyrinə qərar çıxarması üçün Ermənistanın ikinci prezidenti Robert Koçaryan administrasiyasının nümayəndəsi tərəfindən ona təzyiq olunduğu barədə şikayət edib. "Wikileaks"in dərc etdiyi həmin məlumat öz təsdiqni tapıb. Armen Gevorqyan və daha bir məmur Konstitusiya Məhkəməsinin hakimi Valeriy Poqosyana təzyiq etməyə cəhd göstəriblər. Ona qarşı cinayət məcəlləsinin 332-ci maddəsinin 3-cü bəndi - ədalət mühakiməsinə maneçilik üzrə ittiham irəli sürülüb. Bu cinayətə görə 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Qabaqlayıcı tədbir kimi, ölkəni tərk etməməsilə bağlı Gevorqyanın üzərinə öhdəlik qoyulub." - deyə Xaçatryan bildirib. 

Xatırladaq ki, Armen Gevorqyan 2007-ci ilin iyunundan 2008-ci ilin aprelinədək Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi olub. 

Qeyd edək ki, 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu evirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətda olan baş katibi Yuri Xaçaturov həbs ediliblər. Xaçaturov hələlik zaminə çıxa bilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam