Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koçaryana qarşı yeni ittihamlar var

 

Koçaryana qarşı yeni ittihamlar irəli sürülüb
Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı açılan cinayət işinə yeni itihamlar əlavə edib.

 Yenixeber.org: Bu barədə Koçaryanın vəkili Ovanes Xudoyan bəyan edib. O, bildirib ki, daha əvvəl Koçaryana qarşı irəli sürülən ittihamlarda dəyişikliklər edilərək müəyyən elementlər əlavə olunub. Lakin onların sırasında sürprizedici yeni “ifşalar” yoxdur.
“Cinayət işinə yeni əlavələr edilib, amma ittihamların mahiyyətində dəyişiklik yoxdur. Onlar elə eyni maddələr üzrə irəli sürülən ittihamlardır”, – deyə Xudoyan bildirib.

Xatırladaq ki, Robert Koçaryan 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq prezidentin qanunsuz yolla yüzlərlə milyon dollar gəlir əldə etdiyini, həmçinin, Koçaryanın İrəvandakı “Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair faktlar açıqlayacağını bildirib. Erməni mətbuatı yazır ki, Koçaryanın maliyyə maxinasiyalarının üzə çıxarılmasında dəlillər sarıdan məhdudiyyətlə üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan daha çox informasiyaya çıxış əldə etmək üçün sabiq prezidentin yaxın ətrafı və biznes ortaqlarına qarşı təzyiq və təhdidlər üsuluna keçib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam