Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Bu günün hava proqnozu

 Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7°, gündüz 7-9° isti təşkil edəcək.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin səhər və gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 4-9° isti təşkil edəcək. 

Yuxarı Qarabağ: Xankəndi, ŞuşaXocalıXocavəndQubadlı, ZəngilanLaçınKəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 0-3° isti təşkil edəcək. 

Qazax, Gəncə, GoranboyTərtərAğdamFüzuliCəbrayıl rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-10° isti təşkil edəcək. 

BalakənZaqatalaQaxŞəkiOğuzQəbələİsmayıllıAğsuŞamaxıSiyəzənŞabranXızıQubaXaçmazQusar rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3° dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti təşkil edəcək. 

Mərkəzi-Aran: Mingəçevir, YevlaxGöyçayAğdaşKürdəmirİmişliAğcabədiBeyləqanSabirabadBiləsuvarSaatlı, Şirvan, HacıqabulSalyanNeftçala rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti təşkil edəcək. 

MasallıYardımlıLerikLənkəranAstara rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 2-7° isti təşkil edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam