Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İstirahət günlərinin hava proqnozu açıqlanıb

  

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərinin hava proqnozunu açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, may ayının 19-20-də Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında iki gün ərzində mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 26-30, dağlıq rayonlarda isə 17-22 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında temperatur 33 dərəcəyədək yüksələcək və hava günəşli olacaq.
Naxçıvan Muxtar Respublikasında mayın 20-də axşam az yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.
Bakıda yaxın iki gün ərzində mülayim-cənub istiqamətli külək əsəcək, günəşli, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam