Oktyabrın 5-də və 6-da havanın temperaturu digər günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.

 

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyininin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, sabahdan Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsməyə başlayacaq:

“Gün ərzində şiddətli olacaq. Havanın temperaturunun anomal gedişdə olması gözlənilir. Oktyabrın 5-də səhər saatlarında havanın temperaturunun 20-22 dərəcə, günorta saatlarında 15-18 dərəcə, axşam saatlarında isə 12-14 dərəcə olacağı gözlənilir. Belə hava şəraitində atmosfer təzyiqi kəskin yüksələcək”.

Umayra Tağyeva bildirib ki, ölkə ərazisində əsən küləyin sürəti barədə qurumlara xəbərdarlıq edilib:

“Biz müvafiq qurumlara, təşkilatlara xüsusi xəbərdarlıq göndərmişik. Bu prosesdə küləyin maksimal sürətinin 20-25, arabir isə 30-33 metrə çatmasıdır ki, bu barədə məlumat verilib”.