Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Jurnalist İlkin Məmmədlidən yeni xəbər var

 

İlkin Məmmədli sərbəst buraxılıb. Bu barədə hüquqşünas Samira Ağayevə deyib. Amma S.Ağayevə jurnalistin hansı səbəbdən saxlandığını bilmir:

"Hələ özü ilə görüşüb əhatəli məlumat ala bilməmişik".

Yenixeber.org: Qeyd edək ki, noyabrın 8-də  saat 17.00-da jurnalist İlkin Məmmədli Bakıxanov qəsəbəsindəki Asan xidmətində xarici pasport alması üçün getmişdir. Orada ona bildiriblər ki, pasport verilməyəcək, çünki ölkədən çıxışına qadağa qoyulub. Onu mühafizə otağına apararaq orada Sabunçu rayonunun 13-cü polis bölməsinin əməkdaşlarının gözlənməsi xahiş olunub. Bu barədə hüquqşünas Samirə Ağayeva məlumat verib.

Təxminən 15 dəqiqədən sonra o, polis bölməsinə aparılıb və bir saatdan sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsi bildirilib. 
Axşam saat 19-20 arasında atası və vəkili Şəhla Hümbətova da İdarənin qabağına gəliblər. Sonda o, növbətçi hissəyə təhvil verilib və oradan bildiriblər ki, gecə orada qalacaq.

Bu gün saat 11.00-də vəkili və atası yenə İdarədən xəbər almağa çalışıblar. Vəkil nə ora buraxılmayıb, nə də hansısa məlumat verilməyib. 

İndiyənə qədər jurnalistin hansı vəziyyətdə və dəqiq nəyə görə saxlanması və heç bir məlumatın verilməməsi ailə üzvlərinin ciddi narahatlığına səbəb olur.
Məlumat Ombudsman aparatına çatdırılıb. Hazırda 102 və Qırmızı Xaç Təşkilatı ilə əlaqə saxlamağa çalışılır.

Qeyd edək ki, İlkin Məmmədli Nardaran hadisələri zamanı 22 sutka tutulmuşdur və bütün məhkəmələrə şahid qismində dəvət edilmişdir.(rakurs.tv)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam