Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Jurnalist Aqil Ələsgər sərbəst buraxıldı

 

 

Xəbər verdiyimiz kimi, dünən "Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Aqil Ələsgərin yoxa çıxdığı barədə məlumat yayılmışdı. Ailəsi jurnalistin naməlum şəxslər tərəfinfən oğurlandığını iddia edirdi.

Yenixeber.org: Amma sonradan Mətbuat Şurasının sədri Əflatun Amaşovun araşdırması nəticəsində məlum oldu ki, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Artıq Aqil Ələsgər artıq sərbəst buraxılıb.

Bu barədə onun  yaxın dostu Toğrul Allahverdili Facebook səhifəsində yazıb.

“Dostlar, narahat olmayın!. Aqil Ələsgərlə bağlı bütün narahatlıqlar geridə qaldı. O, artıq evindədir”.

Aqil Ələsgərin saxlanılmasının səbəbləri barədə hələ ki məlumat verilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam