Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Restorana polis hücumu

 

Bu günlərdə Səbayel Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gecə rayon ərazisindəki “Xoxo lounge” restoranına gedərək onu bağlamağı tələb ediblər.

Xeberinfo.com:   Restorandan verilən məlumata görə, polis əməkdaşları obyekt sahibindən pul tələb edib, daha sonra isə restoranın mühafizə xidmətinin rəisini həbs ediblər.

Səbəb maraqlı olub. Səbayel RPİ 39-cu polis bölməsinin əməkdaşları restoran sahibindən gecə saat 12-də işi dayandırmağı tələb edib, bunu da “qonşuların şikayət etməsi ilə” izah ediblər. Daha sonra isə restoran sahibinə guya “yazıqları gəlib”. Ona polislərə 2500 manat verəcəyi təqdirdə işləyə biləcəyini deyiblər.

Bundan sonra polislərlə obyektin işçiləri arasında mübahisə yaranıb. Nəticədə restoranın mühafizə xidmətinin rəisi Bəhmən Məmmədov polis tərəfindən saxlanaraq 39-cu polis bölməsinə aparılıb.

39-cu polis bölməsindən B.Məmmədovun saxlanması faktını təsdiqləyiblər. Qeyd ediblər ki, o, sonradan sərbəst buraxılıb. Polis bölməsindən onu da bildiriblər ki, “qonşulardan şikayət olub, amma onlar polisə yazılı yox, şifahi şəkildə şikayət ediblər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam