Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Namazov:“Azərbaycanı qarşıda iki gərgin il gözləyir”

 

Politoloq Qarabağ məsələsində status-kvonun dəyişdirilməsinin zamanı çatdığını deyir

 

 
“Yaxın 2 il Azərbaycan üçün yetərincə ağır olacaq”. Bu sözləri müsahibəsində politoloq Eldar Namazov deyib. Azərbaycanın ən böyük problemi olan ərazilərin işğal edilməsi məsələsindən danışan E.Namazov deyib ki, konfliktin mərhələli nizamlanmasından başqa çözüm yoxdur: “İllər sonra biz yenidən bu gerçəyə qayıdırıq. İki il öncə məndən Azərbaycan üçün ən böyük təhlükə nədir deyə soruşanda mən Qarabağ konfliktini, ərazi işğalının davam etməsini, hərbi əməliyyatların yenidən başlamasını göstərirdim. Digər təhlükələr ikinci dərəcəli kimi görünürdü”.
Yaxın coğrafiyadakı proseslər haqqında danışan Eldar Namazov deyib ki, postsovet məkanındakı ölkələr içərisində ən ağır durumda olanı Ukraynadır: “Həm çətinliyinə, həm də miqyasına görə bu gün Ukraynada çox böyük problemlər var. Ukraynadakı böhran dünyanın iqtisadi sisteminə də təsir edir. Rusiyanın iqtisadi imkanlarının zəiflədilməsi üçün neftin qiymətlərinin aşağı salınması əsas gəlirlər neft və qazdan olan bir sıra ölkələrin, o sıradan Azərbaycanın iqtisadi gələcəyini təhlükə altında qoyur. Azərbaycanın neft-qaz gəlirlərindən asılılığı Rusiya və İranın asılılığından daha çoxdur. Azərbaycandakı duruma İranın neft-qaz bazarına daxil olması da ciddi təsir edə bilər. Bu halda neftin qiymətləri bir qədər də aşağı düşə bilər. O da nəzərə alınmalıdır ki, İranın qaz ehtiyatlarını satmaq istədiyi Avropa Birliyi ilə birbaşa sərhədləri yoxdur. Əgər İran öz ehtiyatlarını Avropa bazarlarına çıxarmaq üçün Ermənistandan tranzit ölkə kimi yararlanmağa başlasa, bunun Azərbaycana da təsiri olacaq”.
Eldar Namazovun sözlərinə görə, yaxın 2 il Azərbaycan üçün beynəlxalq miqyasda tarazlığı qoruyub saxlamaq üçün gərgin dönəm olacaq:“Risklər və təhlükələr davamlı olaraq çoxalmaqdadır. Azərbaycan eyni zamanda 3-4 xarici təhlükə ilə üz-üzə qala bilər. Belə durumlarda təslimçilik mövqeyi tutmaq yox, hansı riskləri adlamağın, hansıların azaldılmasının mümkünlüyü haqqında düşünmək gərəkdir. Bütün hallarda qarşıdakı 2 il son dərəcə gərgin keçəcək. Xüsusən Qarabağ məsələsində. Buna qədər heç vaxt prinsiplər paketinə Qarabağın statusunun müəyyən edilməsi mexanizmi olaraq referendumun salınması prinsipi qəbul edilməmişdi. 
Ancaq bu dəfə Azərbaycan buna razılıq verib. Madrid prinsipləri üzrə danışıqlar prosesi gec-tez dirənəcək. Dirəniş nöqtəsi isə referendumun nə zaman keçirilməsi məsələsi olacaq. Bu sualın cavabı isə hələ də yoxdur. Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ideyası hər iki ölkədə eyni vaxtda referendum keçirilməsi ilə bağlı idi. Akademik Saxarovun yanaşmasını hər iki tərəf eyni cür qarşılamışdı. Ancaq Saxarov bu ideyanı İrəvanda sələndirəndən 10 gün sonra azərbaycanlıların Ermənistandan total deportasiyası başlandı. Bu onun üçün idi ki, Kreml referenduma icazə versə, azərbaycanlılar Ermənistanda referenduma qatıla bilməsinlər. 1997-ci ildə Heydər Əliyevlə Levon Ter-Petrosyan münaqişənin mərhələli nizamlanmasına razılıq vermişdilər. 
Hətta Azərbaycan müxalifəti də bu variantla razı idi. Ancaq Ermənistanda buna görə dövlət çevrilişi oldu. İndi üstündən 17 il keçəndən sonra biz yenidən həmin gerçəyə qaıyıdırq ki, bu konfliktin mərhələli nizamlanmadan başqa yolu yoxdur. 3 yol var – savaş, münaqişənin dondurulması, ya da mərhələli nizamlanma. Dördüncü yol yoxdur. Azərbaycanın bu sənədi imzalamasının bir məqsədi var – biz status-kvonun bundan artıq saxlanmasını istəmirik. İndi durum o qədər həssasdır ki, tərəflərdən birinin istənilən ehtiyatsızlığı hərbi əməliyyatların bərpasına səbəb ola bilər”.
Politoloq deyir ki, münaqişənin nizamlanmasında məğlub tərəf kimi Azərbaycan daha çox maraqlıdır: “20 illik danışıqlarda heç bir irəliləyiş yoxdur. Bunu normal qəbul etmək mümkün deyil. Rusiyanın regiondakı duruma Ermənistan vasitəsilə təsir etmək imkanları və rıçaqları yetərincədir. Oktyabrın 27-də Azərbaycan və Ermənistan dövlət başçılarının Paris görüşündə Minsk qrupu həmsədrləri status-kvonun dəyişdirilməsinin vacibliyini açıq dedilər, sülh sazişi üzərində işləməyə çağırış etdilər. İrəvandan fərqli olaraq Azərbaycan bu çağırışı dəstəkləyir. Ermənistanın bu çağırışı dəstəkləməməsini Paris görüşündən 10 gün sonra işğal edilən Azərbaycan torpaqlarında hərbi təlimlər başlaması sübut edir. Bu təlimlər Azərbaycana güc nümayişi, eyni zamanda provokasiya idi. İkinci provokasiya isə hərbi helikopterlərin Azərbaycanın hava məkanına çıxarılması oldu. İndi Ermənistan helokopterin qalıqlarına da yaxınlaşa bilmir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam