Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Əliyev Eldar Namazovu debata çağırdı

 

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “El” hərəkatının sədri Eldar Namazovu debata dəvət edib. 


     "xeberinfo.com": VİP mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, “El” hərəkatının sədri Eldar Namazov son dövrlər mətbuata verdiyi bəzi açıqlamalarnda VİP-in fəaliyyəti, o cümlədən, partiya sədri Əli Əliyev haqqında həqiqətə uyğun olmayan əsassız fikirlər səsləndirib. 
      VİP təmsilçilərinin E.Namazovun böhtan xarakterli həmin fikirlərinə tutarlı cavab vermələrinə və ondan Ə.Əliyevə yönəlik ittihamlarını isbatlamağı tələb etmələrinə baxmayaraq, həmin şəxs bu məsələdə hələ ki susur. Hətta bəzi media orqanları tərəflər arasında səngiməyən mübahisələrə aydınlıq gətirilməsi üçün Əli Əliyev və Eldar Namazov arasında debatın təşkil olunması təşəbbüsünü irəli sürsələr də, “El” hərəkatının sədri bu təklifləri qəbul etməkdən anlaşılmaz tərzdə boyun qaçırır. 
    Lakin VİP öz mövqeyinin haqlı olduğuna əminliyindən çıxış edərək, Əli Əliyev – Eldar Namazov debatının baş tutması üçün yeni təşəbbüs irəli sürməyə qərar verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam