Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlərin sayı azaldılacaq, büdcəyə 102 milyon dollar qənaət ediləcək-Gürcüstanda



 “Gürcüstanda “kiçik hökumət” konsepsiyasının reallaşması nəticəsində dövlət büdcəsinə iki il ərzində 250 milyon lari (102,3 milyon dollara yaxın - “Report”) qənaət ediləcək”.

Yenixeber.org: “Sputnik” xəbər verir ki, bunu hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasından olan deputat Levan Qoqiçaişvili bildirib.

Hazırda Gürcüstanın Nazirlər Kabineti 13 nazirlik və bir dövlət nazirindən ibarətdir. “Kiçik hökumət” konsepsiyasına əsasən, hökumət üzvlərinin sayı 10-na endiriləcək.

“Qənaət edilən maliyyə vəsaiti daha çox ehtiyacı olan insanlara və sosial qruplara paylanacaq. Belə qruplardan biri azyaşlı uşaqları olan ailələrdir”, - L.Qoqiçaişvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan parlamenti hökumət strukturlarında dəyişiklər haqqında qanun layihəsini ilk oxunuşda təsdiqləyib. “Kiçik hökumət” konsepsiyası cari ilin oktyabrınadək başa çatacaq. Həmin vaxtda 2019-cu il üçün dövlət büdcəsi formalaşdırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam