Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gürcüstanın xarici siyasətini dəyişəcəyini söyləyənlər yanıldılar

 

“Gürcüstanın xarici siyasətini dəyişəcəyini söyləyən skeptiklərə rəğmən, Gürcüstan hökuməti seçkiqabağı vədlərinə sadiq qaldı. Ölkə qəti və dönməz şəkildə Avropa və avroatlantik inteqrasiya yolu ilə getdi”.
"Xeberinfo.com":  APA-nın xəbərinə görə, bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.  
 
Səfir Avropa Parlamentinin Gürcüstanla imzalanmış assosiasiya sazişini dekabrın 18-də ratifikasiya etdiyini xatırladıb: “Gürcüstanın Avropaya daha da yaxınlaşması üçün yaşıl işıq yandırılıb. Bu, ölkəmizin Avropaya inteqrasiyasında ilk addımdır. Avrointeqrasiya prosesindəki uğurlarla yanaşı, Gürcüstan üçün öz strateji tərəfdaşları, xüsusən ən yaxın qonşumuz Azərbaycanla münasibətlər prioritet olaraq qalır. Azərbaycanlı iş adamlarının bu il Gürcüstanda fəaliyyəti uğurlu olub”. 
 
Diplomat Rusiya ilə münasibətlərə də toxunaraq bildirib ki, “Gürcü Arzusu”nun hakimiyyətə gəlməsindən sonra Rusiya ilə ikinci danışıqlar formatı yaranıb: “Rusiyanın bizim iki böyük ərazimizi işğal etməsinə baxmayaraq, Gürcüstan Rusiyaya doğru addım atdı. Lakin buna cavab olaraq Rusiya Abxaziya ilə strateji tərəfdaşlıq və ittifaq barədə yeni müqavilə imzaladı. Bu, işğalın hüquqi rəsmiləşdirilməsi və həmin ərazinin ilhaqı üçün atılan addımdır. Cənubi Osetiya ilə də analoji müqavilə hazırlanır”.  
 
T. Şaraşenidze “Gürcü Arzusu”nun hakimiyyətə gəlməsindən sonra ölkədə baş verən dəyişikliklərdən də danışıb: “Sosial yönümlü dəyişiklikləri, xüsusən səhiyyə sahəsini qeyd etmək istərdim. Hazırda Gürcüstanın bütün əhalisi sığorta olunub və hökumət bu məqsədlə 1 milyard lari ayırıb. Bütün təbəqələri – həm şəhər, həm də kənd əhalisini əhatə edən bu cür iri miqyaslı layihə Gürcüstanda həyata keçirilməmişdi. Aztəminatlı ailələrə maddi yardım etmək üçün “Həmrəylik” fondu yaradılıb. Təhsil sahəsində bütün orta məktəb şagirdlərinə pulsuz dərslik komplekti verilib. Kənd təsərrüfatına gəlincə, 2013-2014-cü illərdə kənd sakinləri torpaqların becərilməsi üçün 300 milyon lari alıblar. Hər bir 800 min fermer yardım alır. Elektrik enerjisinin tarifləri 25-27 faiz azalıb. Yeddi hidroelektrik stansiya istismara verilib. Müəllimlərin və həkimlərin maaşları, təqaüdlər hər il artırılır”.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam