Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Gürcüstan Rusiya ilə normal qonşuluq münasibətlərinin tərəfdarıdır”

 

“Vaxtilə Rusiyanın Gürcüstanda kəşfiyyatçıdan tutmuş təəssübkeşinə qədər dayaqları olub və bun gün də müəyyən şəbəkə fəaliyyət göstərir. Onların bu şəkildə çağırışları Gürcüstan cəmiyyətinin fikirlərini ifadə etmir. 30 min nəfər 5 milyonuq Gürcüstan üçün çox kiçik rəqəmdir”.
"Xeberinfo.com": Bu fikirləri Aktual.az-a Gürcüstan parlamentinin iqtidardakı “Gürcü Arzusu” koalisiyasından olan azərbaycanlı deputatı Mahir Dərziyev orada fəaliyyət göstərən "Avrasiya seçimi - Gürcüstan" qeyri-hökumət təşkilatının Rusiya ilə əlaqələrin qurulması üçün 30 min nəfərin imzasını toplaması xəbərinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Gürcüstan, birmənalı olaraq, Avropaya inteqrasiya yolunu seçib:
“Gürcüstanın seçimi bəllidir. İyun ayının 27-də baş nazir tərəfindən Avropa Birliyi ilə tərəfdaşlıq haqqında saziş imzalandı və bizim parlamentdə  ratifikasiya edildi. Bu, Gürcüstanın, birmənalı olaraq, seçdiyi yolun hüquqi təsdiqidir”.
M.Dərziyevin dediklərinə görə, Avropaya inteqrasiya yolunu seçməsinə baxmayaraq, Gürcüstan Rusiya ilə normal qonşuluq münasibətlərinin tərəfdarıdır:
“Sizi əmin edirəm ki, Gürcüstan cəmiyyətində Rusiyaya meyilli insanların sayı azdır. Rusiya bizim qonşumuzdur, normal münasibətlər qurulmalıdır. Demək olar ki, hər kəs bunun tərəfdarıdır. Saakaşvilinin partiyasından, onun iqtidarından qalmış insanlar, birmənalı olaraq, Rusiya ilə münasibətləri qəti şəkildə kəsməyi təklif edirlər. Amma Gürcüstanın seçimi, istiqaməti Avropaya doğrudur. Rusiya ilə qonşuluq əlaqələrini kəsmək fikrində deyil ”.
Azərbaycanlı deputat Avropa Birliyi ilə bağlanan sazişin milli azlıqlara, xüsusən də, azərbaycanlılara böyük şanslar verəcəyini vurğulayıb:
“100 səhifədən artıq sazişin Gürcüstan üçün nələr vəd etdiyini desəm, çox vaxt aparar. Müxtəlif sahələrdə Gürcüstanda ciddi irəliləyişlər gözlənilir. Gürcüstan qanunvericiliyinin Avropa qanunlarına uyğunlaşdırılması istiqamətində bizim parlamentin çox gərgin fəaliyyəti olacaq. Mən Gürcüstanda yaşayan azərbaycanlı olaraq, icmanın üzvü kimi deyə bilərəm ki, bağlanan saziş, konkret olaraq, milli azlıqlara və xüsusən də, azərbaycanlılara böyük şanslar verəcək. Bundan sonra milli azlıqların hüquqlarının keşiyində Avropa qanunları dayanacaq”.
Xatırladaq ki, Gürcüstan mətbuatı ölkədə fəaliyyət göstərən "Avrasiya seçimi - Gürcüstan" qeyri-hökumət təşkilatının Rusiya ilə əlaqələrin qurulması üçün 30 min nəfərin imzasını toplanası, bununla bağlı Tiflis küçələrinin birində geniş aksiya keçirməsi və rəmzi olaraq, Rusiya və Gürcüstan bayraqlarını birgə dalğalandırması barədə məlumat yayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam