Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

3 REAL-çı həbsdən buraxılacaq


 Bir müddət bundan öncə Respublikaçı Alternativ Partiyasının (REAL) bir neçə üzvləri həbs edilmişdi. Belə ki, mayın 28-də partiya və bir qrup ictimaiyyət nümayəndəsi ilə birgə keçirilmiş Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirdə fəal iştirak etmiş REAL üzvlərinə sutkalıq həbslər verilmişdi.

Yenixeber.org: REAL üzvləri Azər Qasımlı 30, Elmin Həmzə 25, Nəriman İsmayıl 30, Ərəstun Baxşəliyev 30 sutka müddətinə azadlıqdan məhrum edilmişdilər. Həbsin əsas səbəbi adları çəkilən şəxslərin 28 May yürüşünün təşkilində və keçirilməsində fəal iştirakçılığıdır.
REAL-çıların aqibəti necə oldu? Həbsdən çıxanlar varmı?
REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az saytına açıqlamasında bildirib ki, sabah həbsdə olan bütün üzvlər azadlıqda olacaq:
“5 gün bundan öncə Elmin Həmzə həbsdən çıxdı. Ona 25 sutka verilmişdi. Bu gün səhər tezdən Azər Qasımlını buraxıblar, artıq evdədir. Bu gün axşam və sabah digər 3 nəfər də həbsdən çıxacaqlar. Yəni sabah artıq sutkalıq həbs alan REAL-çıların hamısı azadlıqda olacaqlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam