Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Paşinyan Serj Sarkisyanın düşmənini həbsdən azad etdi

 Ermənistanın Apellyasiya Məhkəməsi Dağlıq Qarabağın işğalında fəal iştirak etmiş, “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyanın həbsdən azad edilməsi barədə qərar çıxarıb.
Yenixeber.org: Bununla bağlı erməni mediası xəbər verir. Sefilyanla yanaşı, fəallardan Gevork Safaryan, Nerses Poqosyan, Sasunik Kirakosyan, Qalust Qriqoryan və Qrayra Toçyan da məhkəmə zalından sərbəst buraxılıb. Hansı ki, Sefilyanın 7 il, digərlərinin isə 3-3,5 il həbsdə yatacağı gözlənilirdi. Onların həbsdən azad olunması üçün “Tsaruxyan” və “Çıxış” bloklarının deputatları təşəbbüslə çıxış etmişdilər.
Sefilyan qanunsuz silah əldə etmək, saxlamaq və daşımaqda ittiham olunaraq saxlanılmışdı. 10 dekabr 2006-cı ildə tərəfdaşı Vardan Malxasyanla birlikdə dövlət hakimiyyətini güc yoluyla devirməkdə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək, 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən il aprelin 7-də isə Sefilyan 4 dostu ilə birlikdə insanları kütləvi iğtişaşlara cəlb etməkdə təqsirləndirilərək, həbs edilmişdi.
Bununla da Nikol Paşinyan Serj Sərkisyana qarşı silahlı qiyam etmiş daha bir dəstəni sərbəst buraxmış oldu.
Xatırladaq ki, 2016-cı ilin iyununda “Sasna Tser” silahlı qruplaşmasının üzvləri İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirmişdi. Onlar müxalif Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirdilər. Basqın zamanı bir polis ölmüşdü, 2-si isə yaralanmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam