Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əlillərə qadağan ediləcək iş yerləri açıqlandı

 

Azərbaycanda bəzi iş yerlərində əlillərin əməyindən istifadə edilməsi qadağan ediləcək.

 

"Xeberinfo.com":  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıyındən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan və hazırda ictimai müzakirə mərhələsində olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

 

Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanları, habelə mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq müəssisələr əlilliyi olan şəxslərin əməyindən istifadə üçün müəssisələr, sexlər və sahələr yaradacaqlar. Əlilliyi olan şəxslərin əməyindən istifadə üçün iş yerlərinin respublika standartları müəyyən ediləcək. Müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin reabilitasiya mərkəzləri ilə birlikdə bu cür iş yerlərini il ərzində attestasiyadan keçirməlidirlər. Attestasiyadan keçməyən iş yerlərində əlilliyi olan şəxslərin əməyinin tətbiqi qadağan olunacaq. Buna yol verən şəxslər qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

 

Əlilliyi olan şəxslərlə əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, işdən azad edilməsinə və öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilməyəcək. Ancaq bu zaman əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olması, əmək təhlükəsizliyi üçün təhlükə törətməsi istisna hal kimi qəbul istisna hal kimi qəbul ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam