Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ən çox məni Bakı şəhəri məyus etdi…”

 

Makar

 

 

 

 

Məşhur Rusiyalı rok-musiqiçi, “Maşina Vremeni” qrupunun lideri Andrey Makareviç rəsmi Bakını onun Azərbaycandakı konsertlərini ləğv etdiyinə görə pisləyib. “Exo Moskvı” radiosuna müsahibəsində o qeyd edib ki, bu, hakimiyyətin Kremlin xahişi ilə qəbul etdiyi siyasi qərar idi.

"Xeberinfo.com": “Ən çox məni Bakı şəhəri məyus etdi, çünki indi Belarusda da, Riqada da, Moldovada da konsert vermişik. Və hamısı möhtəşəm keçib. Moskva Bakıdan xahiş etdikdə onun indi Moskva ilə arasını korlamaq istəməməsi çox qəribədir. Əslində başqa bir ölkədir. Rəsmi hakimiyyətin bunu xalqın qərarı kimi təqdim etməyə çalışması çox üzücüdür: guya biletlər alınmır, insanlar konsertə getmək istəmir – bu, yalandır. İnsanlar aldıqları biletləri geri qaytarmalıdırlar. Odur ki, bu, həm də insanlara qarşı hörmətsizlikdir”, deyə musiqiçi bildirib.

Bakıda Makareviçin konserti oktyabrın sonlarında keçirilməli idi. Qeyd edək ki, Makareviç Krımın ilhaqını və Ukraynaya qarşı təcavüzü dəstəkləmədikdən sonra Kremlin gözündən düşüb. Buna görə onu Rusiya düşməni adlandırıblar və bütün ad və mükafatlardan məhrum etməyi təklif ediblər. Rusiyada hakimiyyət onun konsertlərinə hər yolla mane olur və onu telekanallara çıxışdan məhrum edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam