Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Biz onların planlarına mane oluruq”

 

“Qərb Azərbaycanın müstəqil siyasət yürütməsini qətiyyən istəmir. Onlar istəyir ki, Azərbaycan Qərbin dediyi ilə oturub-dursun”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan SSRİ-də olduğu dövrdə Moskvanın göstərişi ilə fəaliyyət göstərirdisə, artıq indi müstəqil dövlət kimi yaşayır: “Ancaq indi də xarici dairələr istəyir ki, Azərbaycan Gürcüstan və Ukrayna kimi onların dediyi ilə oturub-dursun. Amma biz Qərbin şərtlərinə əməl edən Gürcüstanın və Ukraynanın taleyini yaxşı gördük. Qərbin göstərişləri ilə hərəkət edən Ukrayna və Gürcüstan Rusiya ilə hərbi müharibəyə getdi, ancaq nəticəsi onlar üçün çox pis oldu. Qərbin tələblərini icra etməklə nə Ukrayna, nə də Gürcüstan heç nə qazanmadı. Əksinə, on illərlə geri düşdülər. Bu gün Ukrayna üçün ürəyim çox ağrıyır. Çünki Ukrayna anamın vətənidir, mənim orada qohumların, dostlarım yaşayır. Mənim Ukraynada uşaqlıq illərim keçib. İndi də mən Milli Məclisdə Ukrayna-Azərbaycan Dostluq Qrupunun sədr müaviniyəm. Bütün bunlara görə də mən Ukrayna hadisələrini çox diqqətlə izləyirəm. Ona görə də Ukraynaya görə ürəyim ağrıyır. Bilirsiniz, Ukrayna müharibədə daha çox itirdi. Düşünürəm ki, Ukrayna nə siyasi, iqtisadi, nə də humanitar baxımdan heç nə qazanmadı. Daha çox itirdi. Burada günahsız insanlar həlak oldu və Rusiya ilə müharibə indi də davam edir. Qərb isə quru bəyanatdan savayı Ukraynaya heç bir yardım göstərmir”.

 

E.Axundova Qərbin Ukraynaya görə Rusiyaya sanksiya tətbiq etməsini ikili standartlı addım hesab edir: “Necə olur ki, Qərb Ukraynaya görə sanksiya tətbiq edir, ancaq 25 ildir ki, işğalçı Ermənistana hər hansı təzyiq belə göstərmir. Ermənistan dünyanın gözü qarşısında Azərbaycan torpaqlarını işğal edib, bir milyondan çox insanımız qaçqın halına düşüb. Bu gün Ermənistan Azərbaycan torpaqlarını zəbt edib, orada bizə meydan oxuyur. Ancaq Qərb isə susmaqda davam edir. Təbii ki, bütün bu cür məqamlar bizi çox qıcıqlandırır. Bu gün Qərb Azərbaycanı qaralamağa davam edir. Axı nə üçün? İşğala məruz qaldığımız üçünmü? Hesab edirəm ki, Azərbaycana qarşı bu cür ikili standartların və qərəzli mövqelərin arxasında Qərb institutları dayanır. Onlar dünyanı öz əllərinə asta-asta keçirməyə çalışırlar. Bu gün Azərbaycan, Belarus, Türkiyə, Qazaxıstan, Türkmənistan kimi ölkələr onlar üçün böyük əngəldir, səddir. Biz onların planlarına mane oluruq. Biz onlara müstəqil yaşamağı bacardığımızı göstəririk. Bütün bunlara görə Azərbaycana qarşı qərəzli mövqe nümayiş olunur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam