Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lavrov erməniləri “kütləvi cinayətin qurbanları” adlandırdı

 

"Kütləvi cinayətin qurbanlarının xatirəsini yad etmək kimlərləsə, o cümlədən bu cinayətin baş verdiyi ölkədə fəaliyyətdə olan hökumətlə münasibətləri pozmaq kimi qəbul edilməməlidir". 
"Xeberinfo.com":  Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sputnik”, “Exo Moskvı” və “Qovorit Moskva” radiolarına müsahibəsində deyib.
Rusiya Prezidenti Vladimir Putinin Yerevana səfəri barədə sualı şərh edən nazir vurğulayıb ki, bu səfərə kiminləsə münasibətləri korlamaq niyyəti kimi baxmaq düz deyil.
Nazir ABŞ-ın qondarma “erməni soyqırımı”nı tanıyıb-tanımayacağı barədə təxmin yürütməyəcəyini vurğulayıb: “Bu onların öz qərarlarıdır. Hər bir ölkə müstəqil qərar qəbul edir. Biz çoxdan bu barədə qərar qəbul etmişik. Bildiyim qədər, bir çox ölkələr belə qərar qəbul ediblər. Kütləvi cinayətin qurbanlarının xatirəsini yad etmək kimlərləsə, o cümlədən bu cinayətin baş verdiyi ölkədə fəaliyyətdə olan hökumətlə münasibətləri pozmaq kimi qəbul edilməməlidir. Sizə İkinci Dünya müharibəsindən sonra Avropadakı sülhü, Rusiya və Almaniya, Fransa və Almaniya arasındakı sülhü misal gətirə bilərəm. Buna çoxlu misallar var”.
O, əlavə edib ki, Kreml Türkiyə və Ermənistan münasibətlərinin yaxşılaşdırılması, iki ölkə arasındakı protokolların ratifikasiya edilməsini vacib sayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam