Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlk Avropa Oyunlarının məşəli gələn ay yandırılacaq

 

İlk Avropa Oyunlarının məşəli aprel ayının 26-da yandırılacaq.

"Xeberinfo.com":  "Trend"-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirak edən Azərbaycan karateçiləri ilə görüşdə deyib.

Nazir A.Rəhimov qeyd edib ki, məşəl yandırıldıqdan sonra onun Azərbaycanın bütün regionlarına, şəhərlərinə məşhur insanlar, idmançılar ilə birgə səfəri başlayacaq. Nazir bildirib ki, sonda Oyunların keçirilməsinə bir gün qalmış məşəlin Bakı şəhərində Olimpiya stadionunda yandırılması nəzərdə tutlur.

A.Rəhimov həmçinin aprel ayı ərzində Bakıda bütün idman qurğularının istifadə veriləcəyini söyləyib: "Üzümüzə gələn aprel ayında bütün idman qurğuları təhvil veriləcək. Biz gözləyirik ki, aprelin 10-na qədər su hovuz mərkəzi təhvil veriləcək. Ondan sonra Avropa Parkı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Bakı Bulvar Arenasının açılışları üzümüzə gələn bir ay ərzində olmalıdır. Bundan sonra biz rahat deyə bilərik ki, Bakı şəhəri böyük və möhtəşəm yarışları qəbul etməyə tam şəkildə hazır olacaq".

Nazir əlavə edib ki, ilk Avropa Oyunlarının dünyada böyük reklam kampaniyası başlayıb, müxtəlif videoçarxlar hazırdır. Onun sözlərinə görə, Avropanın və dünyanın 34-dən çox ölkəsinin televiziya kanalları ilə müqavilə bağlanıb: "Təkcə Çin Xalıq Respublikasında 500 milyondan artıq insan ilk Avropa Oyunlarını izləyəcək. Bu Oyunlar ölkəmizi dünyaya tanıtdırmaq üçün çox vacibdir. Gözəl açılış və bağlanış mərasimləri hazırlanır. Məncə bu, dünyada keçirilən möhtəşəm idman yarışlarının sırasında, bəlkə, ən gözəl açılış mərasimi olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam